Heydər Əliyev Yarımdalma Qazma Qurğusu təftiş ediləcək

28.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Heydər Əliyev Yarımdalma Qazma Qurğusu"nun (gəmi) təftiş edilməsi nəzərdə tutulur.

“Report” bu barədə "Azerbaijan Rigs" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb. Gəminin dəniz üzgüçülüyü üçün yararlı vəziyyətdə olub-olmaması müəyyənləşdiriləcək, habelə onun fəaliyyəti, xüsusiyyəti, spesifikasiyası və yaxud qüsurları ilə bağlı tam yoxlanılma və təftiş işləri aparılacaq.

Xatırladaq ki, "Azerbaijan Rigs" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 950 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Dövlət Neft Şirkətidir (SOCAR).

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью