Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. 14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi vəzif
Bununla da Azərbaycanda dövlət quruculuğunda Heydər Əliyev dövrü başlayır.
Məhz bu dövrdə Azərbaycan iqtisadiyyatının inkişafı, kənd təsərrüfatında göstəricilərin yüksəlməsi, milli kadrların inkişaf etdirilməsi, ali məktəblərin əsasının qoyulması və milli dövlətçilik ənənələrinin əsasının qoyulması istiqamətində çox ciddi addımlar atılır.
Bu dövr həm də Azərbaycanda "qızıl dövr", "intibah dövrü" kimi də qiymətləndirilir.Demokrat.az xəbər verir ki, bunu nəzərə alaraq politoloq Amid Əliyev və bir sıra gənclər Quba rayonu, Xınalıq kəndində Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev Zirvəsinə yürüş təşkil ediblər.Əsas məqsəd Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı üçün göstərdiyi fəaliyyətinə yüksək ehtiramın və diqqətin göstərilməsi olub.Bu həm də yürüş iştirakçıları tərəfindən Heydər Əliyev şəxsiyyətinə olan bir mənəvi borcdur.
Zirvədə politoloq Amid Əliyev tərəfindən bununla bağlı olaraq çıxış da edilib.
Cavidan Mirzəzadə Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.