Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafıBu gün Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anım günüdür.
Mərhum prezidentin vəfat etməsindən 21 il ötür.Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq qüdrətli şəxsiyyətdir.
Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılıb.
Onun hələ birinci rəhbərliyi dövründə idmanın maddi-texniki bazasının yaradılması üçün xeyli iş görülüb.
70-80-ci illərdə respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb.
Hər rayonun, şəhərin, qəsəbənin, kəndin, məhəllənin, məktəbin, müəssisənin, idman qurğularının mövcudluğu, onların bu gün də əsas idman bazası funksiyasını yerinə yetirməsi faktdır.
1970-ci illərdə təkcə Bakıda 250 idman meydançası və şəhərciyi salınıb.