Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisidə Ümummillk Lider Heydər Əliyevin büstünə zərər vurmaqda şübhəli bilinərək saxlanılan Ermənistan vətəndaşı İ.A. 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə onun vəkili Teona Peradze “Sputnik Ermənistan”-a bildirib. O, vandalizmdə ittiham olunur. İlkin məlumatlara görə, saxlanılan kişinin 40 yaşı var. O, Gürcüstana turist kimi gedib.
Peradze ibildirib ki, şəxs Gürcüstana sentyabrın 20-də gəlib. Müstəntiqlərin sözlərinə görə, 21 sentyabr gecəsi o, Tbilisidə Heydər Əliyevin abidəsinə zərər vurub. Daha sonra müstəntiqlər onun ölkəni tərk etməyə cəhd etdiyini, lakin sərhəddə saxlanıldığını bildiriblər.
"Ona qarşı ittiham irəli sürülüb və 55 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Biz məhkəmə prosesini gözləyirik, dinləmə noyabr ayına təyin edilib", - deyə vəkil bildirib.
Vəkilin sözlərinə görə, onun müvəkkili Gürcüstan Cinayət Məcəlləsinin əmlaka dəyən ziyana görə məsuliyyət nəzərdə tutan 187-ci maddəsi ilə ittiham olunur. Məhkəmə onu günahkar hesab edərsə, İ.A.-nı beş ilə qədər həbs cəzası gözləyir.
Peradze qeyd edib ki, müdafiə tərəfi həbs qətimkan tədbirinin tətbiq edilməməsi üçün vəsatət verib və alternativ olaraq 5000 lari (təxminən 1900 dollar) girov, iş üzrə yekun qərar verilənə qədər pasportunun müsadirə olunması, eləcə də Gürcüstandan çıxışına qadağa qoyulmasını təklif edib. Lakin vəsatət rədd edilib.
Vəkil deyib ki, müvəkkili istintaqa ifadə verməmək hüququndan istifadə edir. Lakin o, müdafiə vəkili ilə işlə bağlı mövqeyini müzakirə edir. Bu səbəbdən, o, istintaqın bütün təfərrüatlarını açıqlamayıb.
İş materiallarında müşahidə kameralarının görüntüləri var. Vəkil də təsdiqləyib ki, videoda bir kişinin abidəyə zərər verdiyi görünür.
Vəkil, həmçinin bildirib ki, müstəntiq Ermənistan vətəndaşının saxlanılması barədə bu ölkənin səfirliyinə məlumat verib. Lakin vəkil Ermənistan diplomatik missiyasından heç bir sorğu almayıb.
Peradze özü saxlanılan şəxsin ailəsinin əlaqə məlumatlarını tapıb və saxlanıldığı gün onlarla əlaqə saxlayıb.
"Ailə Ermənistandadır. Onun Gürcüstanda heç kimi yoxdur", - deyə vəkil bildirib.
Bu arada, “Sputnik Ermənistan”-ın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyi bildirib ki, 25 sentyabr 2026-cı ildə Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisidəki Ermənistan səfirliyinə Ermənistan vətəndaşının saxlanılması barədə məlumat verib. Müəyyən edilmiş prosedurlara uyğun olaraq, Ermənistan səfirliyi səlahiyyətli Gürcüstan orqanları ilə əlaqə saxlayır.
Nazirlik medianı bu işin halları ilə bağlı təsdiqlənməmiş məlumatlar yaymaqdan çəkinməyə çağırıb. Xatırladaq ki, Tbilisidə Ümummilli Lider Heydər Əliyevin büstünün zədələnməsi barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin ilkin məlumatına görə, sentyabrın 21-də baş verən hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparılır. Bu maddə özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.
Büst restavrasiya məqsədilə örtülüb. Məlumata görə, abidənin üz hissəsinin bir tərəfi zədələnib. Hadisənin hansı vasitə ilə törədildiyi və motivi hələlik açıqlanmayıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, hadisə ilə bağlı Gürcüstanın aidiyyəti qurumlarında istintaq və prosessual tədbirlər davam etdirilir, istintaqın nəticələrini gözləmək lazımdır.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Heydər Əliyevin büstü həbs
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin