Heydər Əliyevin sabiq mətbuat katibi vəzifəyə təyin olundu

22.10.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ümummilli lider Heydər Əliyevin mətbuat katibi Qahirə Hüseynova yüksək vəzifəyə təyin olunub.

"Bakupost" xəbər verir ki, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsi Qahirə Hüseynovaya həvalə edilib.

Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O, həmçinin ümummilli lider Heydər Əliyevin mətbuat katibi olub.

Q.Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Həmçinin o, ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью