Heydər Əsədov vəfat etdi FOTO

08.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Ordusunun baş giziri, Vətən müharibəsi iştirakçısı Heydər Əsədov xərçəng xəstəliyindən dünyasını dəyişib.

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Əsədov Heydər Məmmədağa oğlu sakini olduğu Biləsuvar rayonunda vəfat edib.

Orta məktəbi bitirdikdən sonra hərbi tibb kollecində təhsil alan H. Əsədov müxtəlif hərbi hissələrin tibb məntəqələrində çalışıb. Vətənə 25 il ərzində xidmət edən baş gizir, bu yaxınlarda xidmət yolunu tamamlayıb.

Heydər Əsədov Tovuz, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olub. Göstərdiyi qəhrəmanlıqlara görə çoxsaylı medallarla təltif edilib.

Mərhum ailəli idi, 3 qız övladı var.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью