Heydər Məscidində təmir işləri aparılacaq

06.07.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Heydər Məscidi İdarəsi məscid ərazisində cari təmir işləri görəcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 279 min manat təşkil edəcək.

Təmir işləri çərçivəsində Heydər Məscidinin həyətyanı ərazisinin istismar vəziyyətinin yaxşılaşdırılması, köhnəlmiş və zədələnmiş örtüklərin yenilənməsi, su sızmalarının qarşısının alınması, ziyarətçilərin daha təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, həmçinin məscidin ümumi görünüşü və uzunömürlülüyünün artırılması nəzərdə tutulur.

Qeyd edək ki, qapıların yenilənməsi də binanın funksionallığının və təhlükəsizliyinin yaxşılaşdırılmasına xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью