Həyəcan siqnalı: Bütün məktəb və müəssisələr bağlanıb

10.12.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən çərşənbə və cümə axşamı bütün təhsil səviyyələrində məktəblər, müəssisə və təşkilatlar bağlanıb. 

"Cebheinfo.az"-ın İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən məlumatına görə, Tehran Bələdiyyəsi paytaxtda davam edən və bütün qruplar üçün qeyri-sağlam həddə çatan hava çirkliliyi ilə bağlı açıqlama verib. 

Havanın yüksək səviyyədə çirklənməsi səbəbindən Tehranın Firuzköh və Dəmavənd şəhərləri istisna olmaqla, bütün bölgələrində məktəbəqədər, ibtidai, orta və lisey məktəb və universitetləri, həmçinin özəl və dövlət müəssisə və təşkilatları iki gün müddətinə bağlanıb. Bayram günlərində banklar, sağlamlıq və xidmət mərkəzləri fəaliyyətini davam etdirəcək. Tehran Hava Keyfiyyətini Ölçmə Şirkətinin apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirklənməsi hər kubmetr üçün 158 mikroqram olub. 

Bu göstərici o deməkdir ki, havanın keyfiyyəti bütün yaş qrupları üçün qeyri-sağlamdır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью