Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

25.11.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

“Aston Villa”nın futbolçusu Alexandro Qarnaçonun klubdakı gələcəyi sual altına düşüb. 

QOL.az xəbər verir ki, "Tribalfootball" nəşrinin məlumatına görə, argentinalı vinger Çempionlar Liqasında “Qalatasaray”la oyun üçün heyətə daxil edilməməsindən narazılığını sosial şəbəkədə göstərib. 

22 yaşlı futbolçu klubla bağlı paylaşımlarını hesabından silib. Baş məşqçi Unay Emeri isə onun heyətdə olmamasını belə izah edib: 

“Bu gün komandamızla birlikdə olmağa layiq hesab etdiyim ən yaxşı oyunçular burada idi”.

Xatırladaq ki, Qarnaço bu mövsüm “Aston Villa”nın heyətində 7 oyuna çıxsa da, hamısında sonradan meydana daxil olub və cəmi 96 dəqiqə oynayıb.

Qeyd edək ki, argentinalı futbolçu “Çelsi”dən mövsümün sonunadək icarəyə götürülüb. O, sosial şəbəkə hesabında isə 2024-cü ildə “Mançester Yunayted”lə qazandığı İngiltərə Kubokunun şəklini ön plana çıxarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью