Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın Lion şəhəri yaxınlığında yerləşən Nevil-sür-Son kommunasında ev sahibi həyətində hovuz tikintisi üçün qazıntı apararkən əsl xəzinə aşkarlayıb. Torpağın altından beş qızıl külçə və onlarla qızıl sikkə tapılıb.
Modern.az xəbər verir ki, kişi evi aldıqdan bir il sonra həyətində hovuz tikdirmək qərarına gəlib. O, qazıntı zamanı bir neçə plastik paket tapıb. Paketlərin içərisində qızıl külçələr və sikkələr olub.
Ev sahibi tapıntı barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Polis və regional mədəniyyət idarəsinin mütəxəssisləri araşdırma aparıblar.
Qızıl külçələrin seriya nömrələrinin yoxlanılması nəticəsində onların təxminən 20 il əvvəl əridildiyi müəyyən edilib. Araşdırma zamanı qızılın qanuni yolla əldə olunduğu və oğurluqla əlaqəsinin olmadığı üzə çıxıb.