Həyətində narkotik yetişdirən şəxs tutuldu

07.09.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə şübhəli bilinən 60 yaşlı Sahib İbrahimov saxlanılıb. 

Gununsesi.info  xəbər verir ki, ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью