Həyətindən 10 kq narkotik çıxdı

07.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə şübhəli bilinən 60 yaşlı Sahib İbrahimov saxlanılıb.

Axar.az xəbər verir ki, ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью