Heyli Biberin səhhətində problem yaranıb

23.04.2025

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heyli Biberin səhhətində problem yaranıb

Supermodel Heyli Biberin səhhətində problem yaranıb.

OLAY yazır ki, bu haqda podium ulduzu özü məlumat verib.

Dünya pop musiqisinin qalmaqallı ulduzu Castin Bebirin 28 yaşlı arvadı instaqram səhifəsində hamiləlik dönəmində çəkdirdiyi fotosunu yayımlayaraq diaqnozundan danışıb.

Heyli bildirib ki, ana olduqdan sonra onun yumurtalıqlarında iki kista aşkarlanıb.

“Hazırda mənim iki yumurtalıq kistam var. Əgər sizdə mənim kimi bu dönəmdən keçirsinizsə, mən sizinləyəm!”, - deyə Heyli yazıb.

Qeyd edək ki, bundan əvvəl 2018-ci ildə Castin Biberlə ailə quran Heyli Biber mini insult keçirib. Həkimlər onun beynində oksigen çatışmazlığına səbəb olan qan laxtası aşkar ediblər. Hadisədən sonra model ürəyindən əməliyyat olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью