Heyvan bazarlarının bağlanmasına görə ətin qiyməti 25 27 manata yüksələcək Akif Nəsirli | …
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, oktyabrın 25-dən etibarən ölkə üzrə heyvan bazarlarının müvəqqəti bağlanması nəzərdə tutulur.
Bəs, heyvan bazarlarının müvəqqəti bağlanması bazar iqtisadiyyatına necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirdi ki, bu, çox vacib və real iqtisadi nəticələri olan məsələdir: "Əgər 25 oktyabrdan etibarən ölkə üzrə heyvan bazarlarının müvəqqəti bağlanması qərarı qüvvəyə minirsə, bu, həm qısamüddətli, həm də ortamüddətli dövrdə kənd təsərrüfatı bazarına və xüsusilə ət qiymətlərinə ciddi təsir göstərəcək.
Heyvan bazarlarının bağlanması dabaq və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Bu, baytarlıq və sanitariya baxımından zəruri addımdır, lakin iqtisadi cəhətdən müvəqqəti təchizat zəncirinin pozulması deməkdir".
Müsahibimiz əlavə etdi ki, heyvan bazarları bağlandığı üçün canlı heyvan ticarəti dayanır.
"Kəsim üçün heyvanların bazara gətirilməsinin məhdudlaşdırılması ət təklifinin azalmasına səbəb olur.
Tam oxu
Xəbəri oxu