Heyvan bazarlarının fəaliyyəti müvəqqəti dayandırılır, yoluxucu xəstəlik riski yeni tədbir…
Icma.az, Bizimyol portalına istinadən məlumat verir. Oktyabrın 25-dən etibarən ölkə üzrə bütün heyvan bazarlarının fəaliyyəti müvəqqəti daya
Bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.
Qurumun açıqlamasına görə, bu qərar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsaslanır.
Beynəlxalq hesabatlarda qeyd olunur ki, son vaxtlar bir sıra ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.
Heyvanlar arasında yayılan infeksion xəstəliklər təkcə kənd təsərrüfatına deyil, həm də ictimai sağlamlığa ciddi təsir göstərir.
Mütəxəssislərin fikrincə, havaların soyuması və payız mövsümünün başlanması ilə birlikdə bəzi viruslar daha aktivləşir.
Bu da xüsusilə heyvan ticarətinin intensiv olduğu dövrlərdə xəstəliyin yayılmasını sürətləndirir.
Hazırda regionda müşahidə edilən bəzi təhlükələr arasında “nodulyar dermatit” (dəri düyün xəstəliyi), qarayara, mavidil (bluetongue) kimi viruslar qeyd olunur.
Tam oxu
Xəbəri oxu