Heyvan hüquqları müdafiəçisi, yoxsa təhlükəli terrorçu? FTB 20 illik gizlənpaç oyununa son qoydu

27.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyada ABŞ-nin Federal Təhqiqat Bürosunun 20 ildən artıqdır ki, "ən çox axtarılan cinayətkarların siyahısı"nda olan amerikalı terrorçu həbs edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Times" xəbər verib.

Bildirilir ki, 46 yaşlı Daniel Andreas San Dieqo Şimali Uelsin kənd ərazisində saxlanılıb.

O, 2003-cü ildə Kaliforniyada törədilən iki terror aktına görə axtarışda olub. San Dieqo, həmçinin, heyvan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan radikal qruplaşma ilə əlaqədə ittiham olunur. O, 2009-cu ildə FTB-nin "ən çox axtarılan terrorçular siyahısı"na əlavə edilib.

San Dieqonun həbsinə gətirib çıxara biləcək hər hansı məlumat üçün 250 min dollar (425 min manat) mükafat təyin edilmişdi.

Hazırda cinayətkarın ABŞ-yə ekstradisiya prosesinin başlanması ilə bağlı məhkəməsi keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью