Heyvan kəsim məntəqələrində vəziyyət nə yerdədir? AÇIQLAMA | Icma.az
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirir.
Əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 120-dən çoxdur".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.
O, bildirib ki, mövcud infrastruktur ölkənin daxili tələbatını tam şəkildə təmin etməyə imkan verir.
"Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və məntəqələrdə baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur.
Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır.
Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq-sanitariya ekspertizası aparılır, daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır.
Tam oxu
Xəbəri oxu