Heyvandarlıq kompleksində dəhşət: 6 nəfərin cəsədini tapdılar

24.12.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tatarıstanda heyvandarlıq kompleksində işçilərin müvəqqəti məskunlaşdığı evdə yanğın zamanı 6 kişinin cəsədi tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.

“Maloreçenski kəndində heyvandarlıq kompleksinin ərazisində 33 nəfər özü çölə çıxıb, onlardan biri xəsarət alıb. Yanğın zamanı bölmənin yanğınsöndürənləri 6 nəfərin cəsədini tapıblar”, - məlumatda deyilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin 14 mütəxəssisi və 4 texnikası tərəfindən yanğının qarşısı alınıb.

Yanğının elektrik avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi güman edilir.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью