“Heyvanı kişilər kəsər” ƏNƏNƏSİ İslamda bu cür ŞƏRT varmı? | Icma.az
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda heyvan kəsimini yalnız kişilərin icra etməsi kimi bir ənənə var.
Guya, qadınlar, yaxud sünnət olunmamış yeniyetmələr heyvan, toyuq kəsə bilməzlər. Bunu da İslam dini ilə əlaqələndirirlər.
Deyilənə görə, dində belə bir qayda var ki, heyvanı qadın kəsə bilməz.
Ona görə də, cəmiyyətimiz buna xüsusi diqqət edir və heyvan kəsən qadın görəndə təəccüblənirlər.Bəs doğurdanmı, heyvanları qadınlar kəsə bilməz.
İslamda belə bir qayda varmı?İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında heyvan kəsimi ilə bağlı İslamda qeyd olunan məsələlərdən danışıb.“İslam dininə görə heyvanların başını yalnız kişi kəsməlidir deyə bir qayda yoxdur.
Bu, bizim özümüzdə formalaşmış yanlış ənənələrdən biridir və farslardan keçib.
Türk xalqlarında qadın at belində kişi ilə bərabər ova da çıxıb, hətta savaşlarda da iştirak edib, ox atıb, qılınc vurub...Qadını bəzi haqlardan məhrum etmək, guya onun bacarığını məhdudlaşdırmaq doğru deyil.
Tam oxu
Xəbəri oxu