Heyvanlar yenidən peyvəndlənməyə başlanıb Yeni xəstəlik yayılıb?

04.02.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə ərazisində dabaq və qarayara xəstəliklərinə qarşı yenidən peyvəndləmə işləri aparılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, peyvəndlənmə epizootik sabitliyin və ictimai sağlamlığın təmin olunması məqsədilə "Azərbaycan Respublikasının 2026-cı il üçün epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq həyata keçirilir.
Peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur.
 

Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir.


Həmçinin xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına risklər yarada bilər.
Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə ödənişsiz həyata keçirilir. Hazırda Respublika ərazisində epizootik vəziyyət sabitdir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью