Heyvanlara görə cərimələr 5 dəfə artırılmalıdır Video

21.10.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Müğənni Nigar Camal heyvana qarşı zorakılığa etiraz edib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, su çəninə atılan itin görüntüsünü paylaşaraq heyvanlara qarşı qəddar rəftara görə cəzaların sərtləşdirilməsini və cərimələrin artırılmasını istəyib:

"Heyvanlara qarşı qəddar rəftara görə cəzaların sərtləşdirilməsini və cərimələrin əhəmiyyətli dərəcədə artırılmasını çox xahiş edirəm! Müdafiəsiz heyvanlara işgəncə verən, onları amansızcasına incidən, fiziki xəsarət yetirən və ya həyatlarına son qoyan şəxslər ciddi məsuliyyətə cəlb olunmalıdırlar! Cərimələrin məbləği ən azı 3-5 dəfə artırılmalıdır! Cəzalar o qədər ciddi və təsirli olmalıdır ki, insanlar heyvana zərər verməzdən əvvəl heç olmasa bunun nəticələrini düşünsünlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью