Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. Tanzaniyanın şimalında yerləşən Natron gölü - planetin ən sirli və ölümcül göllərindən biri
Onun suyu ammiak qədər yandırıcıdır, pH səviyyəsi isə 10.5-ə çatır.
Bu ekstremal şəraitə görə gölün sahillərində ölən heyvanlar kalsiumla örtülərək sanki daşlaşırlar.
Milli.Az bildirir ki, bu barədə "Live Science" portalında dərc olunan məqalədə qeyd olunub.
Gölün bu qədər təhlükəli olmasına səbəb onun vulkanik mənşəyi və sulara yuyulan natrium-karbonat, həmçinin digər duzlarla zəngin olmasıdır.
Buna baxmayaraq, bəzi canlılar burada yaşamağa uyğunlaşıblar.
Natron gölü, dünyanın 75%-ni təşkil edən 1.5-2.5 milyon arası kiçik flaminqonun əsas çoxalma məkanıdır.
Flaminqolar göldə yaranan adalarda yuva qurur, onların ayaqlarındakı sərt dəri və pulcuqlar isə kimyəvi yanmalardan qoruyur.