Heyvanların identifikasiyası nə üçün vacibdir?

14.07.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Bir heyvanın yeri, aldığı peyvəndlər və keçirdiyi xəstəliklər bir neçə saniyə ərzində müəyyən edilə bilər. Bu, heyvanların identifikasiyası və qeydiyyatı sistemi sayəsində mümkündür.

Milli.Az xəbər verir ki, kənd təsərrüfatı heyvanlarının identifikasiyası qanunvericiliyin tələbidir və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi - AQTİS vasitəsilə həyata keçirilir.

İdentifikasiya sistemi "Fermadan süfrəyə" prinsipi üzrə qida təhlükəsizliyi zəncirinin etibarlı fəaliyyətini təmin edir. 
Heyvan itirildikdə və ya oğurlandıqda identifikasiya sistemi heyvan sahibinin müəyyən edilməsinə və məlumatların hüquqi sübut kimi istifadə olunmasına imkan yaradır.
Heyvanların identifikasiyası sadəcə nişanlama deyil. Bu, sağlam heyvanların, təhlükəsiz qidanın və etibarlı baytarlıq nəzarətinin əsas şərtidir.

Daha ətraflı - https://youtu.be/VpyoNsLEHQ8 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью