Heyvanların sığortasına maraq kəskin artdı

28.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə həm yığımlarda, həm də ödənişlərdə ciddi artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, cari ilin ilk 9 ayında bu sığorta növü üzrə 7,761 milyon manat sığorta haqqı toplanıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,148 milyon manat və ya 2.1 dəfə (114.8%) çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında sözügedən sığorta növü üzrə 3,613 milyon manat yığım olmuşdu.

Hesabat dövründə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə həyata keçirilən sığorta ödənişlərində də kəskin artım müşahid olunub. Belə ki, 2026-cı ilin yanvar–sentyabr aylarında fermerlərə 1,439 milyon manat sığorta ödənişi verilib. Bu gösterici 2025-ci ilin eyni dövrü ilə müqayisədə (419 min manat) 1,02 milyon manat və ya 3.4 dəfə (243.4%) çoxdur. pizza hut

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью