Heyvanların yaşına və çəkisinə görə kəsilməsi tənzimlənəcək

10.09.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda iri və xırdabuynuzlu heyvanların yaşına, çəkisinə və cinsinə görə kəsilməsinin tənzimlənməsi üzrə yeni tələblər hazırlana bilər.

Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət Proqramına əsasən, əvvəlcə heyvanların erkən yaş və aşağı çəkidə kəsilməsinə səbəb olan amillər araşdırılacaq.

Daha sonra yaş, çəki və cins nəzərə alınmaqla kəsim qaydalarına dair tələblərin müəyyənləşdirilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması üzrə təkliflər hazırlanacaq.

Yekunda mövcud hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью