Heyvanlarla rəhmsiz rəftar edənlərə bu cəza veriləcək KONKRET

29.11.2024

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Heyvanlarla rəhmsiz rəftar edənlərlə bağlı yeni məsuliyyət müəyyən olunur.

KONKRET.az-ın məlumatına görə, bu, barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihədə qeyd olunur ki, heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən, mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib./trend

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью