Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb | Icma.az
Icma.az bildirir, Unikal.az portalına istinadən. Milli Məclis heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələrin artırılmasını son oxunu
"Unikal" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakir
Təklif olunan dəyişikliyə görə, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və y
Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə c
Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Məcəlləyə təklif olunan daha bir dəyişikliklə, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq III oxunuşda təsdiqlənib.
Tam oxu
Xəbəri oxu