Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Livan parlamentinin “Hezbullah” fraksiyasından olan deputat Həsən Fadlallah İsrailə qarşı sərt bəyanatla çıxış edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, o, Həytəm Əli Tabatabainin – təşkilatın qərargah rəisinin – zərərsizləşdirilməsinə bu şəkildə reaksiya verib.
“Biz müharibə istəmirik və ona can atmırıq, lakin düşmən qarşısında təslim olmağı qəbul etməyəcəyik”, – deyə o bildirib.
Hezbullah nümayəndəsinin sözlərinə görə, təşkilat Livanın “heç bir ad, şüar və ya təşəbbüs altında təslim olmasına” imkan verməyəcək.
Bundan əvvəl Hezbullah rəhbərlərindən Naeim Qasım Tabatabainin öldürülməsini “iyrənc cinayət” adlandırmış və təşkilatın buna cavab vermək hüququna malik olduğunu demişdi.
Qadir, Bizimyol.info