Həzi Aslanov stansiyasının bərpasına 7.2 milyon manat ayrıldı

27.05.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ötən il əsaslı xərclərdən “Həzi Aslanov” stansiyasının yükdaşıyıcı konstruksiyasının bərpasına 7,2 milyon manat vəsait ayrılıb.

Axar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

Əlavə olaraq, ötən il metroda zəruri təmir və tikinti işlərinin görülməsinə isə 23,5 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, 2024-cü ildə “Bakı Metropoliteni” QSC 30,7 milyon manat subsidiya alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью