“Həzi Aslanov”dakı təmir yekunlaşdı

22.10.2026

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Metronun "Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib.

Layihəyə uyğun qaydada, ümumi uzunluğu 1 000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb.

"Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью