“Həzi Aslanov”dan “Dərnəgül”ə birbaşa getmək olmayacaq | Icma.az
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Məlumata görə, qatarlar “Dərnəgül”-“Nizami” stansiyaları arasında hərəkət edəcəklər.
Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək.
Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar.
“Həzi Aslanov”-“İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.
Qeyd edilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, Bakıda metronun “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılması layihəsi icra ediləcək.
Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirilməli, istismara verməli, tikinti-quraşdırma işləri tamamlanmalıdır.
Tam oxu
Xəbəri oxu