“Həzi AslanovƏhmədli” stansiyalarında qatarların hərəkət cədvəli açıqlanıb | Icma.az
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. Bakı metrosunun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, iki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq.
Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.
“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.
Qurum qatarların yeni hərəkət qrafiki, iki stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edir.
Eyni zamanda sərnişinlərdən “Əhmədli” stansiyasında da diqqətli olmağı xahiş edilir.
Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir.
Tam oxu
Xəbəri oxu