Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib

22.01.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 22-də görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 116 illiyinə həsr olunan anım tədbiri keçirilib.

525.az-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında general-mayor Həzi Aslanovun məzar-abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisənin nümayəndələri və ailə üzvlərinin iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, görkəmli hərb xadimi Həzi Aslanovun, eləcə də Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Həzi Aslanovun şanlı döyüş yolundan danışılaraq onun İkinci Dünya müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, yüksək komandirlik məharəti ilə seçilən general xalqımızın qürur mənbəyinə çevrilərək hərb tariximizdə mühüm yer tutur.

Qeyd olunub ki, Azərbaycan xalqının Həzi Aslanov kimi igid oğullarının döyüş yolunun öyrənilməsi gənclərin vətənpərvər və milli-mənəvi dəyərlərə sadiq tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır.

General-mayor Həzi Aslanovun ailə üzvləri tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью