Həzm problemi ilə həkimə getdi Qarnından 17 kq lıq şiş çıxdı

05.09.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Yekaterinburq şəhərində həkimlər uğurlu əməliyyatla qadının qarın boşluğundan 17 kiloqramlıq nəhəng şiş çıxarıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadın uzun müddət çəkisinin artmasına əhəmiyyət verməyib və bunu yaş dəyişiklikləri ilə əlaqələndirib.

O, yalnız həzm problemləri başladıqdan sonra həkimə müraciət edib. Müayinə zamanı qarın boşluğunda nəhəng törəmə aşkarlanıb.

Üç saat davam edən əməliyyatla daxili orqanlara zərər vurulmadan şiş tam xaric edilib. Əməliyyatdan sonra qadın birbaşa 17 kiloqram arıqlayıb və səhhətinin yaxşılaşdığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью