Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Adam var ki, ancaq sabahı üçün yaşayır.
Onun üçün "dünən" maraqlı deyil. Heç ötənləri, keçənləri, bu dünyadan köçənləri yada salmaq belə istəmir.
Nəyinə lazımdır e, özünü əziyyətə versin?! Farslar demiş "şod tamam". Amma bu gün dünəndən, sabah da bu gündən başlayır axı.
Yəni, məsələ zəncirvaridir... Bu mənada dünəni xatırlayanda məktəb illərinin xoş xatirələri gözlərim önündə canlanır. Unudulmaz illər idi.
O mənada unudulmaz ki, istər ibtidai sinifdə, istər ondan sonrakı illərdə sinif rəhbərlərimiz ağırtaxtalı xanımlar olub.
Təsəvvür edin, sinifdə bir qız olmazdı ki, başının ağ bantı, əynində qırçınlı donu olmasın. Oğlanlar da ağ köynəkdə, qara şalvarda.
Günlərin birində xəbər gəldi ki, bəs bizim sinif yeni şagird qəbul edəcək. Özü də qonşu sinifdən. Aradan bir neçə ay keçdi.
Təzə şagirdə heç uyuşa bilmədik. O da bizlərə qaynayıb-qarışmadı.