Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri

09.09.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elektromobillərin və hibrid modellərin yanğını ilə bağlı ictimaiyyətdə kifayət qədər məlumat var. Artıq çoxları bilir ki, bu texnika yandıqda onu söndürmək praktik olaraq mümkün deyil. Bunu nəzərə alan Rusiya Avtoservislər İttifaqı avtomobil təmirçiləri üçün maraqlı tövsiyələr hazırlayıb.

Avtosfer.az xəbər verir ki, sonuncu yığıncaqda çox sayda avtomobil mütəxəssisi iştirak edib. Onlar tədbir zamanı bəzi praktik tövsiyələrlə çıxış ediblər. 

Mütəxəssislər təmirə gələn elektromobili gecə vaxtı qapalı boksda deyil, açıq ərazidə (karantin zonası) saxlamağı tövsiyə edirlər. Bundan başqa, qəzaya düşmüş, batareyalarında qızma əlamətləri olan, pis qoxu gələn, cihazlar lövhəsində nasazlıq indikatoru yanan elektromobillərlə xüsusilə ehtiyatlı davranmaq məsləhət görülüb.

Elektromobillərə xidmət elə yerdə aparılmalıdır ki, xoşagəlməz hadisə zamanı onu kənarlaşdırmaq mümkün olsun.

Ən əsası isə xidmət personalı xüsusi hazırlıq keçməli, təlimatlandırılmalı, yanacaq-sürtkü materialları ilə çox ehtiyatla davranmalıdır. 

Tələb və tövsiyələr hibrid modellərin ustalarına da aiddir. 

Tədbirdə iştirak edən ekspert Aleksandr Paxomov daha radikal təklif irəli sürüb. O bildirib ki, təmirə gələn elektromobilin batareyasını çıxarıb xüsusi karantin zonasında saxlamaq, maşını isə boksa çəkərək təmir etmək lazımdır. Bu üsul çox vaxt aparsa da, əlavə xərc və işçi qüvvəsi tələb etsə də, ən təhlükəsiz variantdır.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью