Hicab məsələsi: Qazaxıstanda necədir?

17.10.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikada yaşayan jurnalist Qənirə Ataşova Qazaxıstanda müəllimlərin hicab bağlaması ilə əlaqədar tələblərdən danışıb.

Musavat.com bildirir ki, jurnalist ABŞ-da yaşadığı dövrdə tanıdığı qazaxıstanlı bir qadının hekayəsini bölüşərək qeyd edib:

“2016-cı ildə binamızda xeyli qazaxıstanlı yaşayırdı. Onların əksəriyyəti Georgetown və George Washington universitetlərində dövlət hesabına təhsil alırdılar. O vaxt onlara qibtə ilə baxır, Qazaxıstanın öz vətəndaşlarına yaratdığı bu imkanları düşünürdüm. pizza mizza

Həmin ailələrdən birinin xanımı Georgetown Universitetində tədqiqat aparırdı və hicab taxırdı. Təhsillərini başa vurub Qazaxıstana qayıdanda xanım mənə dedi ki, artıq hicab taxmayacaq. Səbəbini soruşanda belə cavab verdi: "Mən müəllim işləmək istəyirəm. Qazaxıstanda məktəbdə dərs demək istəyirsənsə, hicablı olmamalısan”.

Jurnalist qeyd edib ki, təxminən on il sonra, ötən il həmin xanımla yenidən Amerikada görüşüb. Bu dəfə qadın hicabsız olub və böyük bir məktəbə rəhbərlik edib.

“Artıq hicabsız idi və böyük bir məktəbə rəhbərlik edirdi. Boynunda zərif ağ şərf vardı, geyimi çox gözəl idi. Öz adət-ənənələrini qoruyurdu, amma hicab taxmırdı. Ən maraqlısı isə bu məsələyə heç vaxt faciə kimi yanaşmaması idi.

Bir məqam diqqətimi çəkir: Qazaxıstan bu yanaşmanı bizdən təxminən on il əvvəl tətbiq edib. Biz isə, deyəsən, bu müzakirələrə gecikmişik.

Həmin xanım ölkəsinə qayıdıb müəllim işləmək qərarı verəndə qarşısında hansı tələbin olduğunu bilirdi və öz seçimini etmişdi”, – deyə Qənirə Ataşova qeyd edib.

Xatırladaq ki, Qazaxıstanda vahid məktəbli formasına dini mənsubiyyəti ifadə edən geyim elementlərinin daxil edilməsinə icazə verilmir. Müəllimlərdən də dünyəvi təhsil qaydalarına riayət etmək tələb olunur. Həmçinin, 2025-ci ildə ictimai yerlərdə üzü tanınmaz edən geyimlərə ayrıca məhdudiyyət də tətbiq olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью