Hicab taxmağımla kiməsə örnək ola bilmərəm Video

03.02.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"42 yaşım var bir əməliyyat etməmişəm, botoksum yoxdur. Özümü çox gözəl hesab edirəm. Halımdan məmnunam. Təkcə 10 kiloqram arıqlamaq istəyirəm. Onda gedib bir az üzümü dartdıracağam. Arıqlamaq istəyirəm. Amma yaxşı yemək görəndə yeyirəm. 65 kiloqramam, 55 olmaq istəyirəm. Bu yaxınlarda bir klinika zəng etdi ki, gəlin sizi arıqladaq. Amma həyat yoldaşım imkan vermədi. Dedi ki, olmaz, xəstəlik taparsan".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib. Sənətçi həyat yoldaşı Elçinin ona qoyduğu qadağalardan danışıb. O bildirib ki, bu yaşına qədər heç bir estetik müdaxilə etdirməyib:

"Həyat yoldaşım qoymur ki, gedib arıqlayım"

"Yoldaşım qorxur ki, nəsə dərman içərəm və nəsə olar. Deyirəm, imkan ver gözəl olum, arıqlayanda nə geyinirsən yaraşır. Mənə qadağa qoymur. Öz sərhəddimi bilən adamam. Həm də lazım deyil qadağa qoyması. Özümü idarə edə bilmirəm ki, mənə nəsə deyilsin? Özümə söz dedizdirmirəm. Yaş, həyat öz işini görür. Bilirik ki, hansı məkanda özümüzü necə aparmalıyıq.

Mənim heç qaşımda da tatu yoxdur. Özümə niyə əziyyət verim? Özümü belə sevirəm. Həyat yoldaşım tərəfindən də sevgisizlik yaşamıram ki, düşüm depressiyaya. Halımdan məmnunam. 43 yaşıma keçmişəm".

"İnsanlar düşünür ki, hicab taxan qadın salona getməməlidir"

Xuraman sənət aləmində heç kimlə dostluq etmədiyini deyib:

"Dostluq etdiklərim olub. Baxmışam ki, ona lazım olan qədər varam. Nəsə də baş verirsə, deyirəm, lazım idi bu sənə? Ən yaxşısı vaxtımı övladlarıma, özümə ayırım. Niyə mənə yanmayana vaxt ayırım?".

Müğənni insanların hicablı xanımların bəzənməsini tənqid etməsini isə qınayıb:

"Bir az əhvalım olmayan kimi, gedirəm salona və saç rəngimi dəyişirəm, baxım edirəm, evdə gözəl geyinib, bəzənirəm. Oturub yaşımı qoyuram qarşıma deyirəm, gözəlsən. Əvvəl üz yoqası ilə məşğul olurdum. Üzüm gözəlləşmişdi. İnsanlar düşünür, hicabdasansa salona getmirsən. Mən müğənniyəm, qadın hər zaman gözəl olmalıdır. Deyirlər, hicab bəzək üçün deyil, qapanmalısan. Mənim ruhum bunu istəyib. Kənardan mənə kiminsə nəsə deməyi maraqlı deyil. Mən örnək deyiləm. Örnək Xədicə xanım, Fatimeyi Zəhradır".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью