“Hicaba qadağa yoxdur axı!” Rəşad Məcid

09.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Hicaba qadağa yoxdur axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarının belə mütəşəkkil hay-küylə qarşılanması şübhələr yaradır. Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edib.

O, bildirib ki, səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür: Dominos pizza

“Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan!

Bu, birmənalıdır!

Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar?

Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?

Bir qrup insanın din pərdəsi altında öz iradə və iddialarını yeritməyə çalışması gələcək təhlükələrin aşkar əlaməti deyilmi?

Dünyəvi dövlət tərəfdarları, aydın düşüncəyə malik, ziyalı insanlar sabahımız naminə daha fəal olmalı, müzakirələrə qoşulub qəti mövqe, tutarlı münasibət bildirməlidirlər”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью