Hicabı qadağan edəcəyini dedi

24.10.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Marin Le Penin mümkün qələbəsi ölkədə yaşayan müsəlmanlar arasında ciddi narahatlıq yaradıb. Sherg.az Musavat.com-a istinadən xəbər verir ki, “Marianne” jurnalının sorğusu belə qənaət yaradıb. 

Sorğunun nəticələrinə görə, Fransa müsəlmanlarının 46 faizi Le Penin prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkəni tərk edə bilər. Respondentlərin 81 faizi isə ayrı-seçkiliyin güclənəcəyindən ehtiyat edir. Bundan başqa, sorğuda iştirak edənlərin 41 faizi ədalətsiz hesab etdikləri qanunlara əməl etməkdən imtina edə biləcəklərini bildirib. Bu göstərici Fransada mümkün siyasi dəyişikliklərin cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalar doğura biləcəyini göstərir. Marin Le Pen isə CNews telekanalının efirində ölkəni tərk etməyi düşünən müsəlmanlara müraciət edərək özü haqqında guya yanlış təbliğat aparıldığını iddia edib. Amma elə həmin müsahibədə o, hicabın tədricən qadağan edilməsi təşəbbüsü ilə bağlı da açıqlamalar verib.

Sorğunun nəticələri ərəbdilli mediada geniş müzakirə olunub. Bununla yanaşı, sorğuda Fransa müsəlmanlarının 48 faizinin “Müsəlman Qardaşları” hərəkatı ilə əlaqəli təşkilatların qadağan edilməsini dəstəklədiyi də qeyd olunur.Belə görünür ki, 2027-ci il seçkiləri Fransada təkcə siyasi hakimiyyət uğrunda mübarizə deyil, həm də dini azadlıqlar, milli kimlik və immiqrasiya siyasəti ilə bağlı mübahisələrin əsas mövzularından biri olacaq. 

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron təxminən yeddi aydan sonra Yelisey sarayını tərk etməli olacaq. Ölkə Konstitusiyasına əsasən, o, ardıcıl üçüncü müddətə prezident seçkilərində namizədliyini irəli sürə bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью