Hicabsız konsert verən iranlı müğənniyə 74 şallaq cəzası

24.11.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranlı müğənni Pərəstu Əhmədi və onun musiqi komandasının dörd üzvünün hər biri 74 şallaq cəzasına məhkum edilib.

Lent.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, buna səbəb müğənninin hicabsız çıxış etdiyi konsertin görüntülərinin internetdə yayılması olub.

Bundan əlavə, onların iki il müddətinə musiqi və incəsənət fəaliyyəti ilə məşğul olmalarına, eləcə də ölkədən çıxmalarına qadağa qoyulub.

Hadisə 2024-cü ilin dekabrında “YouTube” platformasında yayımlanan konsert görüntüləri ilə bağlıdır. Videoda Əhmədi kişi musiqiçilərin müşayiəti ilə hicabsız çıxış edib. Konsert Tehranın cənubunda yerləşən Qum şəhərində baş tutub.

Norveçdə fəaliyyət göstərən “Hengaw” hüquq müdafiə təşkilatının məlumatına görə, sənətçilər internetdə əxlaqsız hesab edilən məzmun hazırlamaq və yaymaqla ictimai əxlaq normalarını pozmaqda ittiham olunublar.

Qeyd edək ki, İranda məcburi hicab tələbi 2022-ci ildə genişmiqyaslı etirazların əsas səbəblərindən biri olub. Etirazlar geyim qaydalarını pozmaqda şübhəli bilinərək əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayıb.

Mövcud məhdudiyyətlərə baxmayaraq, Tehran və digər şəhərlərdə getdikcə daha çox qadın hicab taxmaq tələbinə əməl etmir.

Qərb ölkələri və beynəlxalq hüquq müdafiə təşkilatları şallaq cəzasını işgəncə və beynəlxalq hüququn pozulması kimi qiymətləndirirlər. İran hakimiyyəti isə insan hüquqlarının pozulması ilə bağlı ittihamları rədd edir. İranın rəsmi nümayəndələri məsələ ilə bağlı “Reuters”in sorğusuna cavab verməyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью