Hicran Hüseynova: Bəzi ailələrdə təhsilə qarşı geridəqalmış düşüncə hələ də qalır

24.11.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi ailələrdə təhsilə qarşı geridəqalmış düşüncə hələ də qalır.

Adalet.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda təşkil olunan konfransın açılış çıxışında səsləndirib.

"Hələ də müəyyən ailələr mövcuddur ki, orada ailə başçısı belə düşünür: mən təhsil almışam, əlimdə nə var ki, mənim övladım da oxumağa getsin və nəsə əldə etsin Ancaq biz imkan verməməliyik ki, Azərbaycanın, beynəlxalq arenada tanınan bir dövlətin bu cür fəlsəfə ilə həyat sürən vətəndaşları olsun. Biz bu mənfi tendensiya ilə mübarizə aparmalıyıq", - o qeyd edib.

Hicran Hüseynova eyni zamanda erkən nikahlarla mübarizə məsələsinə də diqqət çəkib:

"Bu sahədə din xadimlərinin - axundların rolu olduqca böyükdür. Çünki onlar icmalara ən yaxın olan şəxslərdir. Ailələrlə birbaşa ünsiyyət zamanı bu kimi mənfi halların qarşısının alınması və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün onların geniş imkanları mövcuddur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью