Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şəkidə 3 nəfərə canavar hücum edib.APA-nın Şimal-qərb bürosunun məlumatına gərə, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb.
Canavar C. İsayevə xəsarət yetirib.Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində isə canavar iki nəfərə hücum edib.
Kənd sakini 68 yaşlı Səfərəli Hüseynəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədov xəsarət alıblar.Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.
Məlumata görə, Məhəmməd Məmmədovun sağ əlinin 4-cü barmağı amputasiya olunub.Heyvan hüquqlarının müdafiəçisi Hicran Qarayeva “Sherg.az”a bildirib ki, hazırda heyvanlar acdılar:“İnsanlarımızın əksəriyyəti qəddardır.
Başa düşmürlər ki, heyvanın da qarnı var və yemək yeməlidir.
Bəzi ölkələrdə qış aylarında meşələrə vertolyotla yeməklər atırlar ki, meşədəki heyvanlar yemək yesin.
Çünki qışda heyvanlar özlərinə yemək tapa bilmir və çoxusu tələf olur. Heyvanların tələf olması isə təbiətə çox ziyandı.