Hicran tamaşasının Orxanı vəfat etdi

31.12.2024

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Hicran" tamaşasının Orxanı, Əməkdar artist Bəhram Əliyev vəfat edib.

Demokrat.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Əliyev Bəhram Babaxan oğlu 1950-ci ildə Neftçala rayonunda anadan olub.

1979-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Ş. Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışıb.

1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Tenor səs tembrinə malik yüksək dərəcəli solist vokalçıdır.

Allah rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью