Hidayət 1/8 finala çıxdı, Rəşid də qələbə qazandı Yenilənib 2

06.10.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hidayət 1/8 finala çıxdı, Rəşid də qələbə qazandı - Yenilənib-2

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulur. Görüşlər saat 10:30-da başlayıb.

73 kq

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü keçirib. O, 1/32 finalda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb və qələbə qazanıb. O, 1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə ilə üz-üzə gəlib və bu görüşdə də qalib gələrək 1/8 finala vəsiqə qazanıb. O, bu mərhələdə Covannni Esposito (İtaliya) üz-üzə gələcək.

Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azaddır. O, 1/16 finalda Castin Lemirə (Kanada) qalib gəlib. 

57 kq

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gələcək.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью