Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Hidayət Heydərov hazırda çəki ilə bağlı problem yaşayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu kişilərdən ibarət cüdo üzrə yığmanın baş məşqçisi Riçard Trautman deyib.
O, Bakıda keçirilən DÇ-də nəticə qazana bilməyən Hidayət Heydərovla bağlı danışıb. R.Trautman Olimpiya çempionumuzun gələcəkdə 73, yoxsa 81 kq-da güləşəcəyi barədə də fikirlərini açıqlayıb: “Hidayətlə görüşümüz olub. Onunla danışmışıq ki, özü qərar versin. Hansı çəkidə güləşəcək - bunu özü seçəcək. Onun bir həftə vaxtı var. Hidayətin yenidən Olimpiya çempionu olmasını istəyirik”.