Hidayət Heydərov 1/8 finala yüksəldi

29.11.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində (73 kq) çəki dərəcəsində çıxış edən Olimpiya çempionu Hidayət Heydərov 1/16 final görüşünə qələbə ilə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Bu gün Hidayət Heydərov tatamiyə ÇIXACAQ


Bizim.Media xəbər verir ki, Hidayət Heydərov ilk qarşılaşmada Moldovanı təmsil edən həmyerlimiz Adil Osmanov üzərində üstünlük qazanıb.
O, növbəti mərhələdə - 1/8 finalda Tacikistan idmançısı Muhiddin Asadulloyevlə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью