Hidayət Heydərov 2024 cü ilin ən yaxşı cüdoçusu

02.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Hidayət Heydərov “İlin kişi cüdoçusu” seçilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən 2024-cü il üçün bu şərəfə layiq görülüb.

Heydərov nüfuzlu mükafata layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib:
"Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm".

Qeyd edək ki, Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью