Hidayət Heydərov Bakıdakı DÇ də 73 kq çəki dərəcəsində çıxış edəcək

16.07.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq".

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bildirib ki, hər bir idmançı heyətdə yer almaq üçün çalışmalıdır.

Xatırladaq ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək "Qran-pri"də 81 kq-da çıxış edib və bürünc medal qazanıb. Dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью