Hidayət Heydərov “Böyük Dəbilqə“ turnirində tatamiyə çıxmayacaq

28.02.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyəcək.

Moderator.az-ın məlumatına görə, olimpiya çempionu 1/16 finalda Arun Kumarla (Hindistan) görüşə qatılmayacaq.

H.Heydərovun hansı səbəbdən tatamiyə çıxmayacağı hələlik bəlli deyil.

Bu gün Azərbaycanın dörd cüdoçusu sözügedən yarışda mübarizəyə başlayacaq. Kamran Süleymanov (73 kq) 1/32 final mərhələsində yaponiyalı Şusuke Uçimura ilə, Ömər Rəcəbli (81 kq) 1/16 finalda rumıniyalı Adrian Sulka ilə, Fidan Əlizadə (63 kq) eyni raundda özbəkistanlı Sevinç İsokova ilə, Südabə Ağayeva (70 kq) rusiyalı Kamila Badurova ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью